38 baxış
Bu yazını paylaşın
İdman

Milli Paralimpiya Komitəsinin prezidenti istefa verdi

23 İyun 2023

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov vəzifəsindən istefa verib. 

Telejurnal xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb. İlqar Rəhimovun açıqlamasında bildirilir:

“30 iyun 2023-cü il tarixində Portuqaliyada IBSA-nın (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının) növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm və seçildiyim təqdirdə fəaliyyətimi bu dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verirəm. İşimdə mənə kömək və dəstək olan hər kəsə təşəkkür edirəm. Bütün məşqçilərə və idmançılara fədakar əməklərinə görə təşəkkür edirəm. Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına təşəkkür edirəm. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm”.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, 07 iyul 2023-cü il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransını çağırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…