38 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin sədri: “Ümid edirəm ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, yanaşmamızı dəstəkləyəcək”

03 Fevral 2022

“Ümid edirəm ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək”.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Latviyanın Baş naziri Arturs Krişyanis Karinş ilə görüşü zamanı deyib.

O bildirib ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil:

“10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…