25 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin sədri Tbilisidə Ulu Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib

19 Aprel 2022

Gürcüstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin sədri ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Parlament sədrini deputatlar, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin sədri Gürcüstana səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.
Burada Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…