50 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin nümayəndə heyəti İƏT Parlament İttifaqının 16-cı Konfransında iştirak edəcək

07 Dekabr 2021

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün dekabrın 8-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

‘TELEJURNAL’ Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 11-də başa çatacaq.

https://azertag.az/xeber/Milli_Meclisin_numayende_heyeti_IAT_Parlament_Ittifaqinin_16_ci_Konfransinda_istirak_edecek-1944884

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…