273 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının “Parlament əməkdaşlığının möhkəmləndirilməsi” medalı ilə təltif olunublar

26 Noyabr 2021

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Müstəqil Dövlət Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olan parlament nümayəndə heyətinin üzvləri “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransın işində, qurumun daimi komissiyalarının iclaslarında iştirak ediblər.

‘TELEJURNAL’ xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı Nizami Səfərov beynəlxalq konfransın panel diskussiyalarına qatılıb, MDB PA-nın plenar iclasında bir sıra model qanunlar haqqında məruzə ilə çıxış edib, qurumun Sosial siyasət və insan hüquqları daimi komissiyasının işində iştirak edib. Deputatlardan Anatoliy Rafailov yuxarıda adı çəkilən komissiyanın, Rüfət Quliyev, Anar Məmmədov, İltizam Yusifov (onlayn formatda) təşkilatın İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının, Rasim Musabəyov, Tamam Cəfərova, Emin Hacıyev (onlayn formatda) MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclaslarında gündəlikdə olan məsələlərin müzakirəsində yaxından iştirak ediblər. Deputatlarımız müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirib, öz qeyd və təkliflərini veriblər.

MDB PA-nın plenar iclası çərçivəsində Milli Məclisin deputatları Nizami Səfərov və Tamam Cəfərova Assambleyanın “Parlament əməkdaşlığının möhkəmləndirilməsi” medalı ilə təltif olunublar.

Sankt-Peterburqda keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov iştirak ediblər.

https://azertag.az/xeber/Milli_Meclisin_deputatlari_MDB_Parlamentlerarasi_Assambleyasinin_Parlament_emekdasliginin_mohkemlendirilmesi_medali_ile_teltif_olunublar-1936340

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…