24 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin deputatları ABŞ-a səfər edib

14 İyun 2023

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov ABŞ-a səfər ediblər.

”Telejurnal.az”-in xəbərinə görə, nümayəndə heyəti səfər çərçivəsində respublikaçı senator Rafael Edvard (Ted) Kruzla görüşüb.

Səməd Seyidov bildirib ki, görüşdə dünya və regiondakı vəziyyətlə bağlı geniş müzakirə aparılıb.

Qeyd edək ki, səfərdə çərçivəsində deputatlar ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 17-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…