41 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin deputatının Qarabağın bərpasına dair məqaləsi 13 ərəbdilli mətbuat orqanında nəşr olunub

06 Dekabr 2021

Zəfərimizdən dərhal sonra işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpasından bəhs edən və Milli Məclisin deputatı Könül Nurullayevanın müəllifi olduğu “Azərbaycan Qarabağı dünyanın ən inkişaf etmiş bölgəsinə çevirir” sərlövhəli məqalə ərəb ölkələrinin 13 nüfuzlu mətbuat orqanlarında dərc edilib. Yazı Misir, Sudan, İraq, Əlcəzair və Yəmən mətbuatında işıq üzü görüb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, məqalədə müəllif Azərbaycanın öz ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başladığı Vətən müharibəsi barədə oxucuları məlumatlandıraraq, bildirir ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını təmin edib. Bununla da 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi azad edilib və bölgədə yeni inkişaf dövrü başlayıb.

K.Nurullayeva qeyd edib ki, Azərbaycana məxsus Qarabağda bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri işğal dövründə yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlər dağıdılıb, təhqir edilib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə olunub. İndi Azərbaycan yerlə yeksan edilən Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir. Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb və artıq ilkin nəticələr var. Azərbaycan öz maliyyə resursları ilə yeni şəhər və kəndlər salır, məscidlər inşa edir, Qarabağdan yenidən azan səsi gəlir.

Məqalədə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Yazıda, həmçinin cəmi 8 aya inşa olunan Qarabağın hava qapısı-Füzuli Beynəlxalq Hava Limanı barədə də məlumat verilib: “Mürəkkəb relyef şəraitinə baxmayaraq, Azərbaycan Qarabağda daha iki hava limanı inşa etməkdədir. Məsələ burasındadır ki, bu ərazilərdə heç vaxt hava limanı olmayıb, Azərbaycan bununla ilkə imza atır. İlklərdən biri də “ağıllı şəhər” təcrübəsinin işğaldan azad olunan Zəngilan rayonunda tətbiqidir ki, bu da bölgəyə 30 ildən sonra geri qayıdan sadə vətəndaşların rifahını ən yüksək səviyyədə təmin etməyə hesablanıb. Otuz ilə yaxın müddətdə “boz zona” kimi qalan Qarabağ və Şərqi Zəngəzur bölgəsi indi xarici investorlar üçün cəlbedici məkana çevrilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən xarici şirkətlər bərpa prosesində fəal iştirak edərək, təbii resurslarla zəngin Qarabağın və Şərqi Zəngəzurun inkişafına töhfə verir”.

https://azertag.az/xeber/Milli_Meclisin_deputatinin_Qarabagin_berpasina_dair_meqalesi_13_erebdilli_metbuat_orqaninda_nesr_olunub-1943846

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…