24 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin deputatı yenidən MDB PA komissiyasının sədr müavini vəzifəsinə seçilib

15 Aprel 2022

Aprelin 15-də MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki,MDB PA-da Azərbaycanı deputatlar Rauf Əliyev və Tamam Cəfərova təmsil ediblər.
Tədbir MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini Rauf Əliyevin moderatorluğu ilə keçib.
Əvvəlcə təşkilati məsələlər həll edilib, Müstəqil Dövlətlər Birliyinin 2023-2025-ci illər üçün hazırlanan model qanunvericilik işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib.
Milli Məclisin deputatı Rauf Əliyev yenidən MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.
Sonra gündəlikdəki qanunvericilik məsələlərinə baxılıb. “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” model qanunların və MDB dövlətləri üçün model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada təqdim olunmuş layihələri müzakirə edilib, “Televiziya və radio yayımı haqqında”, “Elektron kommunikasiyalar haqqında” model qanun layihələrinin hazırlanması məsələləri müzakirə edilib.
Həmçinin deputatlar mədəniyyət və turizm sahələrində rəqəmsal inkişaf üzrə model qanun yaradıcılığının perspektiv istiqamətlərinin təhlili layihəsinin hazırlanması, komissiyanın 2021-ci ildə gördüyü işlər, MDB PA-nın 30 illiyinə həsr olunmuş tədbirlər və digər məsələlərə də münasibətlərini bildiriblər.
Yekunda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…