176 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin deputatı AŞPA-nın iclasında itkin düşmüş azərbaycanlılardan danışıb

27 Yanvar 2022

3890… Bu rəqəm istənilən formada şərh edilə bilər. Amma bu, Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların sayıdır. Bu, ölkəmizdə itkin düşənlərin ailə və qohumlarının necə qeyri-müəyyənlikdə olduğunu, onların qohumlarına, mənsub olduqları geniş icmalara psixoloji, sosial, hüquqi və iqtisadi cəhətlərdən mənfi təsiri əks etdirir.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun qış sessiyasının 8-ci seansında “Avropa Şurası ərazisində məcburi itkin düşmələrə son qoymaq” mövzusunda müzakirələr zamanı söyləyib. Deputat bildirib ki, itkin düşmüş 3890 azərbaycanlının Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun olaraq lazımi qaydada qeydə almamaqla və ya araşdırmamaqla, onlar haqqında məlumat verməməklə Ermənistan bu sənədin 2, 3, 5 və 13-cü maddələrini pozub. İtkin düşmüş şəxslərin dəqiq siyahısı Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Ermənistana təqdim edilib və mütəmadi olaraq yenilənir.
K.Cəfərov qeyd edib ki, Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı heç bir məlumat verməməsi həmin azərbaycanlıların Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququnun kobud şəkildə pozulduğu şəraitdə öldürülməsi ehtimalını doğurur. Həmçinin itkin düşmüş azərbaycanlıların yaxınlarına, qohumlarına onlar haqqında məlumat verməməklə Ermənistan bu insanlara mənəvi işgəncə verməkdə davam edir.
İnsanlığa qarşı ən ağır cinayətlərdən biri Azərbaycanın Xocalı şəhərində törədilib. Ermənistan hərbi birləşmələri tərəfindən qətlə yetirilən 613 Xocalı sakininin 63-ü azyaşlı, 106-sı qadındır. Fevral gecəsində törədilmiş qanlı hadisələr zamanı itkin düşmüş 196 Xocalı sakini haqqında hələ də heç bir məlumat yoxdur.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan azərbaycanlı hərbi əsirləri və mülki insanları öldürməklə Konvensiyanın 2-ci maddəsini, eləcə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozub. Ermənilərin döyüşə bilməyən azərbaycanlı əsgərləri vəhşicəsinə qətlə yetirməsi ilə bağlı hər kəsi şoka salacaq sübutlar var. Ermənistan hərbçiləri həlak olan azərbaycanlı əsgərlərin cəsədlərini təhqir ediblər. Cəsədlərin yandırılmasına və orqanların çıxarılmasına dair sübutlar var. Ermənistan qətllərin tezislərini lazımınca araşdıra bilməyib.
“Ermənistan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etməli və yuxarıda qeyd olunan cinayətləri araşdırmalıdır”, – deyə deputat fikirlərini tamamlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…