34 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

01 Fevral 2022

Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, iş planına 10 məsələ daxil edilib:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
4. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
5. “Lombardlar haqqında” qanun layihəsi;
6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
7. “Ali təhsil haqqında” qanun layihəsi;
8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…