42 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclisdə qadın sahibkarlığı ilə bağlı ictimai dinləmə keçirilir

14 Dekabr 2022

Dekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə ictimai dinləməsi keçirilir.

TELEJURNAL xəbər verir ki, komitələr “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunu müzakirə edirlər.

İctimai dinləmələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdir müavini Zaur Nuriyev, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) şöbə müdiri Taliyə İbrahimova, USAİD PSA “Assosiasiyalarda Qadınlar” Komponentinin rəhbəri Şəlalə Kamilova və başqaları iştirak edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…