27 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclis sədrinin müavini “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif olunub

18 Aprel 2022

Aprelin 18-də Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası işçi qrupunun rəhbəri Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimovla görüşüb.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini iki ölkə arasındakı münasibətlərin tarixindən danışaraq, Azərbaycan və Qazaxıstanın ortaq dəyərlərə malik olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasında uzun illərdən bəri mövcud olan dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdirilməsi xalqlarımızın mənafeyinə xidmət göstərir. Parlamentlərarası münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyətinə toxunan Milli Məclis sədrinin müavini Qazaxıstan parlamentinin deputatlarının Şuşa və Füzuli şəhərlərinə səfər etdiklərini xatırladıb. Diqqətə çatdırıb ki, bu səfər zamanı qazaxıstanlı parlamentarilər Ermənistanın 30 ilə yaxın müddətdə törətdiyi dağıntıları, vandallıq aktlarını, məhv edilmiş mədəni-tarixi abidələrimizin qalıqlarını öz gözləri ilə görüblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən işğalına son qoyaraq beynəlxalq hüququn prinsiplərini və ərazi bütövlüyümüzü uzun illərdən sonra bərpa etdiyini deyən Adil Əliyev hazırda regionda yeni reallığın yarandığını qeyd edib.
Milli Məclis sədrinin müavini Ermənistandakı bəzi dairələrin sülh danışıqlarına əngəl olmağa cəhd göstərdiklərini, separatçı-terrorçu rejimi dəstəkləyən revanşist hərəkətlərin yolverilməz olduğunu qeyd edib.
Səfir Serjan Abdıkərimov ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edərək, qardaş Qazaxıstanın hər zaman Azərbaycanın haqq işinə dəstək olduğunu və onun mənafelərini istər ikitərəfli, istərsə də beynəlxalq səviyyədə müdafiə etdiyini diqqətə çatdırıb.
Sonra səfir Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Adil Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Qazaxıstanın müstəqilliyinin 30 illiyi” medalı ilə təltif edildiyini bildirib və medalı Milli Məclis sədrinin müavinə təqdim edib. O, həmçinin Adil Əliyevi Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi göstərdiyi uğurlu fəaliyyətə görə Qazaxıstan Xalq Assambleyası tərəfindən “Qazaxıstan Xalq Assambleyasının Dostluq Elçisi” adı ilə təltif olunması münasibətilə təbrik edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…