186 baxış
Bu yazını paylaşın
Siyasi

Milli Məclis 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib

03 Dekabr 2021

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 25 874 497,0 min manat, yerli gəlirlər isə 941 503,0 min manat müəyyən olunur.

2022-ci il dövlət büdcəsinin xərcləri 29 879 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri isə 978 959,0 min manat) məbləğində müəyyən edilir.

2022-ci il İcmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, icmal büdcənin xərcləri isə 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub.

https://azertag.az/xeber/Milli_Meclis_2022_ci_il_dovlet_budcesi_haqqinda_qanun_layihesini_uchuncu_oxunusda_qebul_edib-1941816

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…