208 baxış
Bu yazını paylaşın
İctimai

Metroda qatarların gecikməsinin səbəbi bəlli olub

02 Sentyabr 2022

Bakı metrosunda qatarların gecikməsinin səbəbi bəlli olub.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metroda ehtiyat qatarların xəttə buraxılması daim nəzərdə tutulur. Yay fəslində isə bu pik saatlarda xüsusi tənzimləmə ilə həyata keçirilir.

Qurum rəsmisi qeyd edib ki, ehtiyat qatarın biri xəttə verilib, digəri çıxarılanda xətlərdə qısamüddətli interval yarana bilir:

“Xüsusən də ehtiyat qatar depodan metronun Nərimanov stansiyasından daxil olduğu üçün Nərimanov-Həzi Aslanov istiqamətində və ya ehtiyat qatar hər hansı bir dalana salınıb xətdən çıxarılanda sıxlıq yarana bilir. Lakin bu çox qısamüddətli olur və sərnişin növbəti qatarda hər şeyin qaydasında olduğu görür”.

B.Məmmədov vurğulayıb ki, ehtiyat qatarın xəttə verilib, çıxarılması prosesi sərnişinlərin metroda gur olduğu saatların tənzimlənməsi üçün həyata keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…