48 baxış
Bu yazını paylaşın
Maraqlı

Metanın yeni silahı-Threads

13 İyul 2023

Rəqəmsal dünya,sosial media daim inkişaf edir.Yeni proqramlar,tendensiyalar gündəmi zəbt edir. Bu proqramlardan biri də Threads-dir.

 

Twitter-in sahibi Elon Musk tweet görüntüləməsinə məhdudiyyət gətirdikdən sonra istifadəçilər öz narazılıqlarını bildirməklə yanaşı, alternativ platformalar axtarmağa başladılar. Meta şirkətinin sahibi-Mark Zuckerberg də bu fürsəti əldən vermədi.

Metanın yeni sosial media platforması olan Threads qısa müddətdə çox böyük səs saldı və geniş bir kütləni özünə cəlb etməyi bacardı. Bu platforma alqoritm baxımından Twitter-ə rəqib olması da artıq hamıya məlumdur.

24 saat müddətində 30 milyon istifadəçini özündə cəmləşdirən Threads proqramına qoşulanların sayı hələ də durmadan artır.

Twitter-in artan rəqabətə cavabı, Meta-nı məhkəməyə verməklə hədələyən bir məktub (tweet) oldu. Bununla yanaşı, Meta-nın ticarət sirlərinə çıxışı olan keçmiş Twitter işçilərini də işə götürdüyünü bildirdi.

Meta-nın sahibi Mark Zuckerberg isə “Rəqabət yaxşıdır,aldatmaq isə yox” cavabını verdi.

 

Maraqlıdır ki,bu İnstagram ilk cəhdi deyil. 2019-cu ildə də İnstagram Twitter-də yeni proqramının açılacağını elan etmişdi.

Tətbiqin bu versiyası 2021-ci ildə bağlandı.

Threads-də də bütün sosial media platformalarındakı kimi,istifadəçilər yazılar,fotolar,videolar paylaşmaq,bəyənmək,şərh yazmaq mümkündür.

 

Twitter-in sahibi Elon Musk tweet görüntüləməsinə məhdudiyyət gətirməsindən sonra istifadəçilər öz etirazlarını bildirdilər,həmçinin alternativ platformalar axtarmağa başladılar. Mark Zuckerberg də bu fürsəti əldən vermədi.

 

Bəs biz Threads hesabımızı silə bilərikmi?

-Threads və İnstagram-ın linkləri eynidir. Bu səbəbdən,hesabı silmək istəsək, İnstagram hesabımız da silinəcək,ancaq Threads-i deaktiv etmək mümkündür.

Qeyd etmək lazımdır ki, “thread” sözü ayrıca sap, saplamaq deməkdir. Bu da Instagraın konseptinə əsasən, bir-birinə bağlı mesajlar zəncirli mesajlar kimi təsvir edilə bilər.

Fatimə Nəsirli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…