25 baxış
Bu yazını paylaşın
İdman

Messi bu həftə PSJ-dən gedir – Rəsmən təsdiqləndi

01 İyun 2023

Bu mövsüm başa çatdıqdan sonra Lionel Messi PSJ-ni tərk edəcək. 

Telejurnal “L’Equipe” nəşrinə istinadən xəbər verir, bu barədə məlumatı klubun baş məşqçisi Kristof Qaltye jurnalistlərə bildirib. O deyib ki, Liqa-1-ci 38-ci turunun “Klermon”a qarşı matçı argentinalı futbolçunun Paris təmsilçisində sonuncu oyunu olacaq.

“Mənim üçün dünya futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq fəxr idi. “Klermon”a qarşı görüş Leonun “Park de Prens”dəki sonuncu oyunu olacaq” – deyə o bildirib.

PSJ – “Klermon” matçı iyunun 3-ü, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu, PSJ-nin cari mövsümdə sonuncu oyunu olacaq.

Qeyd edək ki, 35 yaşlı Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonu başa çatır. O, klubla 2021-ci ilin avqustunda 2 mövsümlük müqavilə imzalamışdı. Messi bu mövsüm PSJ ilə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 21 qol vurub, 20 qolun ötürməsini edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…