48 baxış
Bu yazını paylaşın
Uncategorized

Məşhur bacılardan erməni terrorizmini dəstəkləyən Kardaşyana etiraz

15 Oktyabr 2020

Bir neçə həftədir işğalçı Ermənistanın Azərbaycana qarşı son təxribatları dünya şou-biznesinə də təsirsiz ötüşməyib.

“telejurnal” xəbər verir ki, əslən Ermənistandan olan Amerikanın realiti-şou qəhrəmanı Kim Kardaşyan bacısı Kloe ilə birgə erməni terrorizmini, uşaq ölümlərini dəstəkləyən postlar paylaşıb. Kardaşyanlar həmçinin dünyaca məşhur simalara da müraciət edərək sözügedən “kampaniya”ya qoşulmalarını rica ediblər.

Əvvəlcə model Naomi Kembel, rep ifaçısı Kardi B, Elton Con və başqaları Azərbaycan əleyhinə postlar paylaşsalar da, daha sonra sözügedən statusları siliblər.

Kardaşyanın terroru dəstəkləməsinə dünya ulduzlarından ilk etiraz edən isə əslən Fələstindən olan məşhur Bella və Gigi Hadid bacıları olub.

“Viktoriya Sekret”in modelləri Kardaşyan aqressiyanı təbliğ etdiyi üçün onu instaqramda “unfollow” ediblər.

Bunun əsas səbəblərindən biri də Gigi Hadidin sevgilisi, əslən Pakistandan olan Zeyn Malikin bacısı Saşanın erməni hücumlarına geniş yer verməsi və reallığı göstərməsidir.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…