46 baxış
Bu yazını paylaşın
İctimai

Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayır

01 Avqust 2022

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.

Dövlət Komitəsindən TELEJURNAL-a bildiriblər ki, bu Qaydaya əsasən, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün DQİDK tərəfindən keçirilən imtahanların müsahibə mərhələsi başlayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı Komissiya tərəfindən aparılacaq müsahibə avqustun 2-də Azərbaycan İlahiyyat İnstitutunda keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…