48 baxış
Bu yazını paylaşın
İqtisadi

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 Yanvar 2022

Yanvarın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50200396S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 98.6193 AZN (6 faiz) və 99.2129 AZN (3.4 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 279 milyon 763 min 800 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.2129 AZN (3.4 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar aprelin 22-də ödəniləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…