269 baxış
Bu yazını paylaşın
İctimai

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

30 Avqust 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki “Grand Chess Tour”un IV mərhələsində məzəli hadisə ilə üzləşib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, 37 yaşlı qrossmeyster FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşi ilə blits qarşılaşmasında səhvə yol verib.

Məmmədyarov at fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb.

Qaydalara əsasən, Azərbaycan təmsilçisi əlini ata qoyduğu üçün məhz həmin fiqurla daha düzgün gediş etməli olub. Lakin bu zaman rəqib əlavə iki dəqiqə vaxt əldə edib.

Qeyd edək ki, qarşılaşma Yan Nepomnyaşinin qələbəsi ilə bitib. Hazırda 10 xala malik Məmmədyarov ABŞ şahmatçısı Fabiano Karuana ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi isə ABŞ təmsilçisi Syun Ceffri ilə birlikdə hərəyə 14 xalla 4-5-ci yerləri bölüşür. 10 qrossmeysterin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…