157 baxış
Bu yazını paylaşın
Müsahibə

“Məktəb direktorlarının işlərinə xitam verilməsi, nöqsanlarının olmasından dolayıdır “- Adil Vəliyev

05 İyul 2023

Nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə, 200 məktəb direktorunun işinə xitam verilib. Bununla bağlı Təhsil eksperti Adil Vəliyev ”Telejurnal.az”-a açıqlamasında bildirib.

”Mən düşünürəm ki, 200 məktəbin direktorunun iş fəaliyyətinə xitam verilməsi hərhalda onların işlərində ciddi şəkildə nöqsanların olmasından dolayıdır.Bilirsiniz ki, işə xitam verilənə kimi xəbərdarlıq, töhmət, şiddətli töhmət kimi proseslər gedir. Daha sonra işə xitam verilir. Düşünürəm ki, bu, işə xitam verilmədən sonra digər rəhbər şəxslər də bundan nəticə çıxarar və əmək fəaliyyətlərini sadiq şəkildə davam etdirərlər.Belə demək olar ki, bu cür məktəb direktorlarının o məktəbdə fəaliyyət göstərməsindənsə, elə məktəbdə direktor olmaması daha məqsədəuyğundur. Az öncə də qeyd etdiyim kimi, bundan nəticə çıxaran digər müəllim və rəhbər şəxslər də , eyni səhvləri təkrarlamazlar.

Diqqət yetirmək lazımdır ki, yeni təyinatlar da olur. Düzdür, 200 məktəbə birdən-birə direktor təyin etmək olmaz, bu zaman bəzi nüanslara xüsusi diqqət yetirmək lazımdır.  Diqqət etdiyim zaman görürəm ki, yeni təyin olunan direktorlar həm müəllimlərlə, həm şagirdlərlə fərqli şəkildə ünsiyyət qururlar və bu kimi rəhbər şəxslərin uğur nəticə əldə edəcəklərinə də inanıram.Hərhalda, sentyabrın sonlarına kimi, məktəb direktorlarının təyinatları bitər və rəhbərsiz məktəbimiz  qalmaz.Çünki bəzi qərarlar var ki, orda mütləq şəkildə məktəb rəhbərinin xüsusi icazəsi olmalıdı və onların bu zaman fərqli yanaşmaları və təklifləri də ola bilər”.

Nigar Əkbərova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…