183 baxış
Bu yazını paylaşın
Siyasi

Meksika səfiri: Azərbaycanda olduğum müddətdə burada sürətli inkişafın şahidi oldum

24 Fevral 2022

Fevralın 24-də Milli Məclisin sədr müavini Adil Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Milli Məclis sədrinin müavini Azərbaycan-Meksika əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Hər iki ölkənin tarixinə, mədəniyyətinə nəzər salan Adil Əliyev qarşılıqlı əlaqələrin inkişafının xalqlarımızın maraqlarına uyğun olduğunu diqqətə çatdırıb. Qanunvericilik orqanları arasında münasibətlərdən danışan Adil Əliyev parlamentlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına özünəməxsus töhfə verdiyini qeyd edib, iqtisadi, təhsil, elm, mədəniyyət sahələrində olan qarşılıqlı əlaqələrdən danışıb.
Hazırda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunduğunu bildirən Milli Məclis sədrinin müavini faciə barədə məlumat verərək deyib ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoysa da, Xocalı soyqırımının günahkarları hələ də cəzalandırılmayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına cavab olaraq Meksika parlamentinin 2012-ci ildə Xocalı soyqırımını tanıyaraq ədalətli mövqe sərgilədiyinə görə səfirə bir daha minnətdarlığını bildirən Adil Əliyev iki ölkə arasında münasibətlərin bundan sonra müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini səmimi görüşə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. Azərbaycanla Meksika arasında artan ticarət dövriyyəsinə toxunan səfir münasibətlərin dərinləşməsinin xalqlarımıza, dövlətlərimizə faydasından danışıb. Hər iki ölkənin bu münasibətlərin inkişafında maraqlı olduğunu deyən diplomat bundan sonra da iqtisadi, mədəni, idman sahələrində əlaqələrimizin uğurla davam edəcəyinə əminliyini bildirib. Azərbaycanda olduğu müddət ərzində burada sürətli inkişafın şahidi olduğunu söyləyən diplomat ölkəmizə uğurlar arzulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…