17 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Mehriban Əliyeva Avropa çempionatının qalibi olan gimnastlarımızı təbrik edib

22 May 2023

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 21-də qrup hərəkətləri komandamızın Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olması münasibətilə instaqram hesabında paylaşım edib.

TELEJURNAL  xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında parlaq qələbə münasibətilə gimnastlarımızı təbriklərini çatdıraraq qeyd edib: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”

Xatırladaq ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla hərəkətlərdə uğurla çıxış ediblər. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…