106 baxış
Bu yazını paylaşın
İctimai

Media və dini təhlükəsizlik – Mediamız  uzun illərdir ki, ekstremizmlə mübarizə aparır

06 İyul 2023

Tolerantlıq — dini dözümlülük deməkdir. Xüsusilə insanların digər inanc və əqidələrə sahib olan şəxslərə qarşı dözümlü yanaşması deməkdir.  Tolerantlıq bir növ insan hüquqları və vicdan ilə bağlıdır.  Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.

Mövzu ilə bağlı olaraq bir hadisəni xatırlatmaq istərdim. İyun ayının 28-də Stokholmun mərkəzində Medboryarplatsen meydanında 37 yaşlı iraqlı qaçqın Salvan Momika Quranın nüsxəsini yandırmaqla aksiya keçirib. Bu bəd hadisə dünyanın bir sıra müsəlman ölkələrini qəzəbləndirib. Daha sonra Bağdad sakinləri İsveç səfirliyinə hücum ediblər. Yüzə yaxın adam darvazanı sındıraraq əraziyə daxil olub və səfirin ölkədən çıxarılmasını tələb ediblər. Bu hadisə ilk dəfə baş vermir. Müxtəlif dövrlərdə  Quranın yandırılması ilə bağlı aksiyalar təşkil edilib və bu bizə əsas verirki, baş verən hadisələri dini terror və ekstremizm kimi qiymətləndirək.

Salvan Momika kimi Rasmus Paluda  qatı anti-İslam mövqeyi ilə tanınan qalmaqallı siyasətçidir. O, 2019-cu ildə Kopenhagendə mitinq zamanı da Quranı yandırmışdı. Bu hərəkəti toqquşmalara səbəb olmuş, nəticədə onlarla insan həbs edilmişdir.

Bu kimi ksenofobiyalar müsəlmanların kəskin etiraz aksiyalarına səbəb olur. Quranı cırmaq, yandırmaq təkcə İslam dininə deyil, bütün dinlərə qarşı  həqarətdir. Quranı yandırmaqla özünü İslamı aşağılamış kimi göstərən, müsəlmanlara həqarət etdiyini düşünənlər və buna şərait yaradanlar əslində özlərini də alçaldır, aşağılayır və öz dinlərinə qarşı da həqarət edirlər. Quranın yandırılması sadəcə müsəlmanların dini kitabı deyil, eyni zamanda Yəhudi və Xristianlar üçün dini  qəbul edilən şəxslərin peyğəmbərlərin və kitabların adlarının keçdiyi bir kitabın yandırılması deməkdir.

Azərbaycan çox tolerant ölkədir.  Ölkəmizdə bu işdə KİV-in də gücündən son illərdə  geniş şəkildə  istifadə edilir. Media cəmiyyətimizə  dini təhlükəsizlik məsələsində də öz töhfəsini verir.

Mediamız  uzun illərdir ki, ekstremizmlə mübarizə aparır. Xüsusilə, ikinci Qarabağ müharibəsi zamanında  ermənilər məscidlərimizi məhv edirdilər və bu dini terorizmə bir nümunə idi.  Bu, erməni rejiminin murdar xisləti və əsas həyat mahiyyətinin göstəricisi idi. Onlar tarix boyu bu müharibəni dini müstəviyə çəkmək istəyiblər və xristian-müsəlman savaşı kimi təqdim etməyə çalışıblar. Halbuki, Azərbaycan  heç zaman heç kimlə dini zəmində münaqişə yaşamayıb və buna maraqlı olmayıb. Azərbaycan həmişə ədalət və tolerant mövqeyini müdafiə edib və onu qoruyub.

Ermənilərin dini mərkəzlərə qarşı törətdikləri bu əməllər ilk deyil, hər zaman öz xislətlərini aydın şəkildə büruzə verirlər. Ermənilərin məscidlərdə donuz saxlaması  dini dözümsüzlük və dini  terror aktıdır.

Lakin, olardan fərqli olaraq, ölkəmizin ərazisində hər zaman müxtəlif din təmsilçiləri dinc şəraitdə yaşayıblar. Bildiyiniz kimi Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sineqoqlar dövlət tərəfindən qorunur və inşa edilir. Ölkəmizdə hətta katolik kilsəsi də var. Bundan əlavə, Bakıda və Şəkidə erməni kilsəsi dövlət səviyyəsində qorunur.

Son 20 ildə Rus Pravoslav Baş Kafedral Kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Belə ki, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib. Həmçinin Azərbaycanın işğaldan azad etdiyi Şuşadakı Qazançı Kilsəsinə müharibə zamanı dəymiş zərər hökumətimiz tərəfindən aradan qaldırılmaqdadır.

Onlar isə tarix boyu torpaq işğalı ilə yanaşı, mənəvi işğala da əl atıblar və bizim dini abidələrimizi təhqir ediblər. Həmin abidələr təkcə bizə deyil, bütün İslam dünyasına məxsusdur və İslam mədəniyyətinin inciləridir. Ermənilər həmin məscidlərə, ziyarətgahlara qarşı amansız rəftar göstəriblər. Bu, onların mahiyyətindən xəbər verir və göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Onların işğalçılıq siyasətləri tarix boyu bütün istiqamətlər üzrə həyata keçirilib və bu gün də həyata keçirilməkdədir.

Azərbaycan işğal altında olan torpaqlarını azad etdiyi  gündən bəri hər gün  erməni vandalizminin təzahürləri ilə qarşılaşır. Qeyd edim ki, Füzuli şəhərinin işğaldan azad edildiyi vaxt hərbçilərimiz dövlət bayrağını sancmaq üçün salamat yer tapa bilməmələri erməni vandalizminin  göstəricisi idi.  Ermənistan işğal altında saxladığı ərazilərdə azərbaycanlıların yaşadıqları kənd və şəhərləri xarabalığa çevirib, çoxlu sayda erməni kilsələri inşa etdirərək dini terorizm aktı törətmişdirlər.

Media da tez-tez “İran casusları” haqqında məlumatlar yer alır. Bakıda və Azərbaycanın digər bölgələrində İranın casus şəbəkələrinə qarşı xüsusi əməliyyatlar keçirilir. Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən informasiya agentliklərində və kanalarda  keçirilən əməliyyatlarda bir çox şəxslər saxlanılır.  Qeyd edim ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olaraq, daha çox İranın maraqlarından çıxış ediblər. Media bu şəkildə sui-istifadə olunmamalıdır. “Din pərdəsi” altında təxribat və pozuculuq əməllərinin törədilməsi terrora nümunə və dəstəkdir.

Azərbaycanda möhkəm dayaqlar üzərində bərqərar olan siyasi sabitlik, dini tolerantlıq mühiti bir sıra xarici dairələrin narahatlıqlarına səbəb olur.     Ölkəmizdə formalaşan siyasi sabitliyin fonunda ölkəmizin əldə etdiyi iqtisadi inkişaf dinamikasının, Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməsi, ölkədə dini ayrı-seçkiliyin olmaması, bütün dini konfessiyaların qardaşlıq zəminində yaşaması bir daha dünyaya sübut və böyük nümunədir. Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar yazarkən diqqətli olur, dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə alır, mövzuya həssaslıqla yanaşırlar.

Son olaraq onu deyə bilərəm ki, medianın cəmiyyətimizdəki rolu hal-hazırda yüksək inkişaf xətti ilə irəlləyir. Bu isə müsbət və təqdirəlayiq haldır.

 

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Mehin Vəliyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…