26 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Mədəniyyət nazirinin müavini: “Ermənilər şəhərsalma adı altında İrəvanın mərkəzinin tarixi kökünü məhv ediblər”

12 İyun 2023

“Ermənistan Təpəbaşı məhəlləsinin son qalıqlarının dağıdılması ilə əlaqədar beynəlxalq ictimai rəyi neytrallaşdırmağa çalışır”.

Telejurnal  xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Nazir müavini vurğulayıb ki, ermənilər şəhərsalma adı altında İrəvan şəhərinin mərkəzinin tarixi kökünü məhv ediblər: “Məhz bu kimi səbəblərdən ermənilər beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar. Qafqazın ən böyük məscidi olan Göy Məscidin fars məscidi kimi təqdim edilməsi də ermənilərin tarixi saxtalaşdırmasına bariz nümunədir. Bu baxımdan, məscid məsələsinin UNESCO çərçivəsində qaldırılması, UNESCO tərəfindən məscidin qorunmasını təklif etməliyik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…