28 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Mədəniyyət naziri Özbəkistana gedib

19 İyun 2023

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunan tədbirlərdə iştirak edir.

Bu barədə   Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

A.Kərimli öncə Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən “Türk dünyası” adlı sərgisinin açılışında iştirak edib.

Sərginin açılışında Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Özbəkistanın Türk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında fikirlərini bölüşüb və təşkilatın əhəmiyyətindən danışıb.

TÜRKSOY-un baş katibi Sultan Rayev Özbəkistanda keçirilən tədbirlər, təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə Türk mədəniyyətinin təbliğinə dair reallaşdırılacaq layihələr haqqında məlumat verib.

Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi, onun stendləri, müxtəlif guşələri ilə tanış olublar.

Muzeyin həyətində açıq havada TÜRKSOY üzv dövlətləri ilə reallaşdırılan layihələrə dair fotosərgi təqdim edilib və hər bir ölkənin milli mətbəxinə dair stendə baxış keçirilib.

Milli mətbəx sərgisində Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın mətbəxinə aid yeməklər təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…