233 baxış
Bu yazını paylaşın
İqtisadi

Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

19 Yanvar 2022

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,  Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən dəyişikliyi şərh edən iqtisadçı-ekspert Cavid Vəlizadənin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergiödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır: “Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq”.
Məsələn, müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15 min manat təşkil edib. Müəssisə il ərzində 2900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır: 15000 – 2900 = 12100 manat.
Beləliklə, dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12 min 100 manat təşkil edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…