317 baxış
Bu yazını paylaşın
İctimai

Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbləri açıqlanıb

22 Avqust 2022

“Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbi əsasən düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. ilə əlaqəli olur. Son zamanlar iltihabi bağırsaq xəstəlikləri arasında xoralı kolit və kron xəstəlikləri geniş yayılıb”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə deyib.

Onun sözlərinə görə, xoralı kolit və kron – mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır: “İnsanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bu xəstəliklərə ən çox inkişaf etmiş ölkələrdə rast gəlinir. Bu xəstəliklərin yaranma səbəbi barədə isə konkret fikir söyləmək mümkün deyil. Xoralı kolit xəstəliyi yalnız yoğun bağırsağı zədələdiyi halda, kron xəstəliyi mədə-bağırsaq traktının istənilən şöbəsini, daha çox isə nazik və yoğun bağırsaqları zədələyir. Odur ki, mədə və bağırsağında narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir. Unutmaq olmaz ki, vaxtında aşkar edilən hər hansı xəstəliyi müalicə etmək daha asan və daha tez başa gəlir”.

O qeyd edib ki, mədə-bağırsaq patologiyasının aşkarlanması üçün endoskopik müayinələrin tətbiqi dünyada qızıl standart kimi qəbul olunub: “Əsasən qastroskopiya və kolonoskopiya müayinə üsullarından geniş istifadə edirik. Məlum olduğu kimi, qastroskopiya ilə həzm sisteminin üst hissəsini – qida borusunu, mədəni, oniki barmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilnən yerlərdən biopsi götürülür”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…