25 baxış
Bu yazını paylaşın
İctimai

Məcburi köçkünlərin peşə hazırlığı ilə bağlı layihə həyata keçirilir.

27 İyul 2022

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Dövlət Məşğulluq Agentliyi ilə birgə “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə həyata keçirir.

Dövlət Komitəsindən TELEJURNAL. az Report-a istinadən xəbər verir ki , layihə çərçivəsində, əmək bazarının tələblərinə uyğun peşələr tədris olunur və müxtəlif idarə və təşkilatlarda iş ilə təmin edilmələrinə dəstək göstərilir.

Layihəyə müraciət edən şəxslər ilk olaraq peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunurlar. Daha sonra hər peşəyə uyğun kurs müddətində benefisiarlara müvafiq sahə üzrə biliklər tədris olunur.

Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilir. Layihə müddətində benefesiarlara minimum əmək haqqı miqdarında təqaüdlərin verilməsi həyata keçirilir. Yanvar – iyun ayları ərzində 1931 məcburi köçkün siyahılaşdırılaraq layihəyə cəlb olunmaq üçün Dövlət Məşğulluq Agentliyinə təqdim olunmuşdur. Onlardan 57 nəfər layihəyə cəlb olunub və peşə təlimlərini başa vurub, 724 nəfərlə peşə yönümünə dair məsləhət xidməti aparılıb, 1150 nəfərinə peşə yönümünə dair məsləhət xidməti göstəriləcəkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…