18 baxış
Bu yazını paylaşın
Siyasi

MDB ölkələrinin XİN rəhbərləri Şurasının növbəti iclası Düşənbədə keçiriləcək

14 Aprel 2022

MDB ölkələrinin XİN rəhbərləri Şurasının növbəti iclasının mayın 13-də Düşənbədə keçirilməsi nəzərdə tutulur. “TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mixail Yevdokimov açıqlayıb.
Onun sözlərinə görə, nazirlər, o cümlədən Ukraynada vəziyyəti də müzakirə edəcəklər.
M.Yevdokimov deyib: “Ənənəyə görə, MDB Xarici İşlər Nazirləri Şurasının (XINŞ) iclasları ildə iki dəfə keçirilir. İlkin plana görə, ən yaxın görüşün mayın 13-də Düşənbədə, payız görüşünün isə oktyabrın 13-də Nur-Sultanda keçirilməsi nəzərdə tutulur”.
İlkin plana görə, nazirlər Birlik çərçivəsində qarşılıqlı fəaliyyətə aid məsələlər barədə fikir mübadiləsi aparacaq, aktual beynəlxalq və regional mövzuları, o cümlədən Ukraynada vəziyyəti müzakirə edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…