33 baxış
Bu yazını paylaşın
Siyasi

MDB ölkələrinin səfirləri Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər

10 May 2023

MDB ölkələrinin səfirləri Bakıda Fəxri xiyabana gələrək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Telejurnal xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.

“Səfir Andrey Ravkov MDB ölkələrinin səfirləri ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bundan başqa, Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri qoyulub”, – məlumatda deyilir.

Belarus səfiri ilə birlikdə Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan səfirləri də Heydər Əliyevin xatirəsini yad ediblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…