30 baxış
Bu yazını paylaşın
Dünya

MDB Hökumət Başçıları Şurasının növbəti iclası Bişkekdə keçiriləcək

08 İyun 2023

MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu il oktyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Telejurnal  xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Soçidə birliyə üzv ölkələrin Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasında məlumat verib.

“Qırğızıstanın təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2023-cü il oktyabrın 27-də Bişkekdə keçirilməsi qərara alınıb”, – o deyib.

Qeyd edək ki, Soçidə MDB hökumət başçıları xidmətlərin sərbəst ticarəti, fəaliyyəti və investisiyaları haqqında saziş imzalayıblar.

Telekommunikasiya şəbəkələrində dələduzluq hallarına qarşı mübarizə üzrə əməkdaşlıq memorandumu qəbul edilib, elektron və elektrik avadanlıqlarının tullantılarının idarə olunması üzrə 2030-cu ilədək fəaliyyət planı təsdiq edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…