20 baxış
Bu yazını paylaşın
Siyasi

Maykl Makkol Bayden administrasiyasının İranla bağlı siyasətini sərt tənqid edib

16 İyun 2023

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol bildirib ki, Vaşinqton və Tehran arasında “ dolayı danışıqlar ” haqqında məlumatlardan narahatdır və ABŞ qanunlarının tələb etdiyi kimi, prezident Cozef Bayden ABŞ-İran razılaşmaları barədə Konqresə hesabat verməlidir.

Telejurnal xəbər verir ki, konqresmenin bu sözləri Baydenə göndərdiyi məktubda yer alıb.

“Administrasiyanın İran rejimi ilə “dolayı danışıqları” bərpa etdiyi və bu danışıqların nəticələri əsasında İrana böyük ödənişlərin təsdiqlənməsinin də olduğu barədə son xəbərlər məni narahat edib. Bu, administrasiyanızın 2015-ci il Nüvə Sazişinə Baxış Aktının tələb etdiyi kimi, qanuna riayət etmək və İranla hər hansı sazişi Konqresə təqdim etmək niyyətini şübhə altına alır”-, məktubda vurğulanıb.

Konqresmen xatırladıb ki, hələ aprel ayında o, Dövlət Departamentinə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin onun rəhbərlik etdiyi komitə qarşısına çıxması tələbini göndərib. Lakin Dövlət Departamenti sorğunu cavabsız qoyub.

Maykl Makkol bunu şəffaflığın olmaması kimi qiymətləndirib və belə hərəkətlərin ciddi narahatlıq doğurduğunu etiraf edib.

“Bu administrasiya İranı bədxah fəaliyyətlərdən saxlamaq üçün diplomatik rıçaqlardan və hərbi çəkindirici vasitələrdən istifadə etmək əvəzinə, gərginliyin azaldılmasına dair yalan vədlər müqabilində yanlış idarə olunan İran siyasətini təşviq edir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…