20 baxış
Bu yazını paylaşın
Siyasi

Maya Sandu Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb

26 May 2023

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Telejurnal “ın məlumatına görə, mətndə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi Moldova Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin dinamik inkişafı və fəal xarici siyasət yürüdülməsi yolunda qazandığı mühüm nailiyyətləri qeyd etmək istəyirəm.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan yaxşı münasibətləri yüksək qiymətləndirirəm. Eyni zamanda, Moldova-Azərbaycan münasibətlərinin mövcud potensialından ölkələrimizin ümumi mənafeyi naminə tam istifadəsinə töhfə vermək məqsədi daşıyan siyasi dialoqun konstruktiv xarakterini qeyd etmək istərdim.

Qəti əminəm ki, biz qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı birgə səylərlə intensivləşdirə və şaxələndirə biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq arzulayıram.

Zati-aliləri, “Avropa siyasi birliyi”nin ikinci Zirvə toplantısında iştirak üçün Moldova Respublikasına səfəriniz ərəfəsində ən yüksək ehtiramımı qəbul edin”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…