646 baxış
Bu yazını paylaşın
İctimai

Masallıda evdə yanğın zamanı ana və iki övladı ölüb, xəsarət alanlar var

07 Sentyabr 2022

Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatları məlum olub.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.

Yanğın zamanı daha iki nəfərin yanıq xəsarətləri aldığı bildirilir. Bunlar Nərminə Kərim qızı Kəlbiyeva (1959-cu il təvəllüdlü) və Rusiya vətəndaşı, ailəyə qonaq gəlmiş 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur. İ.Abbasov ikinci mərtəbədən aşağı tullandığından müxtəlif travmalar alıb

Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…