245 baxış
Bu yazını paylaşın
Maraqlı

Marsda həqiqətən yaşayış varmı?

09 May 2023

Mars günəşə yaxınlığına görə dördüncü, kiçikliyinə görə isə merkuridən sonra ikinci planetdir. Şərqdə köhnəlmiş adı Merrixdir. Bu planet adını Roma mifologiyasının müharibə tanrısından alıb.

Planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir. Beləliklə o, “Qırmızı planet” kimi təsvir edilir. Mars Yerdən təqribən iki dəfə kiçik olmaqla ona ən yaxın planetdir. Günəşin ətrafında bir dəfə dövr etməsi üçün 2 il vaxt lazım olur.

Planetin Şimal və Cənub qütbləri var. Və hər ikisi qalın buz təbəqəsi ilə örtülmüşdür. Əgər marsa teleskopla baxsaq, onun qırmızı səthinin üstündə nazik boz xətlər görə bilərik. Alimlərdən bəziləri düşünürdülər ki bu xətlər Marsda yaşayan şüurlu məxluqların torpağı suvarmaq və ya irriqasiya üçün qazdıqları kanallardır.

Bəs həqiqətən bu planetdə yaşayış varmı?
Amerikalı professor Cil Levin iddia edir ki, bəli, var. NASA – nın “Vikinq” programında iştirak edən alim bildirmişdir ki, 1976 – cı ildə ABŞ-ın eyniadlı kosmik aparatı Marsa enərkən arada bioloji həyat əlamətləri aşkar edilmişdir.

Alimlərin ifadə etdiyi fikrə əsasən, eksperimentlər göstərmişdir ki, planetlər səthində qazlar mövcuddur və onlar bakteriyalar buraxır.
Digər araşdırmaya nəzər yetirsək görərik ki, 1965,1969 və 1976 cı illərdə Marsa zondlar göndərilib, lakin onlar heç bir kanal aşkar etməyib. Belə ki, Amerika Birləşmiş Ştatlarına planet məxsus “Vikinq” kosmik gəmiləri planetə endilər və torpaqdan nümunə götürdülər, amma heç bir həyat aləminə rast gəlmədilər. Həmin araşdırmalardan belə nəticəyə gəlinir ki, Marsda yaşayış yoxdur. Buna baxmayaraq, yenə də dəqiq fikir demək olmaz.

Marsın iki balaca peyki var:-Fobus və Deymos.
Digərinə nisbətən daha böyük olanı Fobusdur. Eni cəmi 24 km – dir. Hər iki peyk Mars tərəfindən cəzb olunaraq planetin ətrafında fırlanmağa başlanmış asteroidlərdir.

Eyyubova Nərminə.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…