23 baxış
Bu yazını paylaşın
İdman

Mariya Stadnikin reytinq turnirinə aparılmamasının səbəbi müəyyənləşib

01 İyun 2023

Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin lideri Mariya Stadnikin (50 kq) Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turnirinə aparılmamasının səbəbi müəyyənləşib.

Dünya və Avropa çempionu” Telejurnal “a açıqlamasında başqa turnirdə qüvvəsini sınayacağını bildirib.

35 yaşlı olimpiya mükafatçısı Bolqarıstanda hazırlıq keçəcəklərini söyləyib. O, ardından Polşanın paytaxtı Varşavada turnirə qatılacaqlarını vurğulayıb: “Bizim hazırlıqla bağlı planımız fərqlidir. İyulun 5-də təlim-məşq toplanışı üçün Bolqarıstanın Belmeken bölgəsinə yollanacağıq. Oradan birbaşa Polşaya gedərək, Varşavadakı turnirə qatılacağıq”.

Qeyd edək ki, iyunun 1-dən 4-dək Bişkekdə keçiriləcək reytinq turnirində Azərbaycanın 11 güləşçisi mübarizə aparacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…