190 baxış
Bu yazını paylaşın
İctimai

Mariya Stadnik: “Finalda çox güləşdim ki, qızım narazı qalmasın”

11 Avqust 2022

“Bu cür uğura görə sevincliyəm. Övladlarım ilk dəfə tribunada mənim mübarizəmə tamaşa edirdilər”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması barədə danışarkən deyib.

50 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 34 yaşlı idmançı bildirib ki, hər dəfə döşək üzərinə çıxanda övladları onu qələbəyə səsləyiblər: “Qızım dedi, ana, 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin (gülür). Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın”.

Uzun fasilədən sonra xalçaya qayıdan Stadnik yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: “Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin”.

Titullu pəhləvan 10 – 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: “Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…