57 baxış
Bu yazını paylaşın
Dünya

MAQATE-nin ZAES-i qorumaq üçün mümkün variantı var – Qrossi

15 Mart 2023

Beynəlxalq Atom Enerjisi Agentliyinin Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsiz istismarı üçün “müvafiq həlli yolu” var.

 

TELEJURNAL  xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.

O, bu ideya üzərində aylardır işlədiyini və bunun beynəlxalq dəstəyə ehtiyacı olduğunu deyir: “Əlbəttə ki, bu, həm siyasi cəhətdən mümkün, həm də həyat qabiliyyətli olmalıdır. Və mən belə bir təəssürat içindəyəm ki, bizim masada real həll yolu var”, – Qrossi qeyd edib.

Agentliyin baş direktoru əlavə edib ki, onlar münaqişənin siyasi həllini axtarmırlar, nüvə təhlükəsizliyi problemini həll etmək istəyirlər.

Zaporojye atom elektrik stansiyası 2022-ci ilin martından Rusiya işğalçı qüvvələrinin nəzarətindədir. Rusiyanın “Rosatom” dövlət atom enerjisi korporasiyasının nümayəndələri də Zaporojye AES-in ərazisindədir. Onlar kadr çatışmazlığı səbəbindən lazımi təcrübəsi olmayan insanları işə götürməyə hazırdırlar ki, bu da Rusiya ordusunun hərbi texnikalarını AES-in ərazisində yerləşdirməsi qədər təhlükəsizliyi zəiflədən vacib amillərdəndir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya qoşunları Zaporojye AES-in təlim mərkəzindən təlim avadanlıqları çıxarır. Ukrayna Energetika Nazirliyi bildirir ki, hazırda stansiyanın Ukraynanın nəzarətinə qaytarılması üzrə diplomatik səylər uğurlu deyil.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…