60 baxış
Bu yazını paylaşın
Siyasi

Mançesterdə Azərbaycan icması ilə görüş keçirilib

05 Dekabr 2021

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Birləşmiş Krallığa səfəri çərçivəsində Mançester şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

‘TELEJURNAL’ Komitədən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, tədbirdə Mançester və ətraf şəhərlərdə yaşayan soydaşlarımız, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Nicat Quliyev, Şimali İrlandiyada Birləşmiş Krallıq üzrə Azərbaycanlıların Koordinasiya Şurasının və türk icmasının üzvləri, eləcə də Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mançesterdə Azərbaycan icmasının üzvləri ilə ilk dəfədir görüş keçirildiyini xatırladaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib. Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərini Birləşmiş Krallıq ictimaiyyətinə çatdıran, Vətənimizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə birlik və həmrəylik göstərərək böyük işlər görən icma üzvlərinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən icma üzvləri diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması və gələn ilki fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Görüş soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.

https://azertag.az/xeber/Manchesterde_Azerbaycan_icmasi_ile_gorus_kechirilib-1943420

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…