22 baxış
Bu yazını paylaşın
İdman

“Mançester Yunayted”in futbolçusu üçün mövsüm başa çatıb

15 May 2023

Avstriya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Marsel Zabitser cari mövsümün qalan hissəsini buraxacaq.

Telejurnalın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, 29 yaşlı yarımmüdafiəçinin menisk nahiyyəsindən xəsarət aldığını bildirib.

Qeyd edək ki, müqavilə ilə Almaniya “Bavariya”sına məxsus olan Marsel Zabitser “Mançester Yunayted”də icarə əsasında çıxış edir. Təcrübəli futbolçu cari mövsümün ikinci yarısında “qırmızı şeytanlar”ın heyətində 17 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Zabitserin Münhen klubu ilə 2025-ci ilin iyununadək müqaviləsi var.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…