301 baxış
Bu yazını paylaşın
İctimai

“Mançester Siti”dən darmadağın, PSJ “Yuventus”a qalib gəlib

07 Sentyabr 2022

UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bütün qarşılaşmalarda qapılara 2 və daha artıq qol vurulub.

Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti sensasiyası F qrupunda qeydə alınıb. “Leyptsiq” Almaniyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.

F qrupunda mübarizə aparan turnirin son qalibi İspaniya “Real Madrid”i Şotlandiyada “Seltik”ə böyük hesabla qalib gəlib. G qrupunda isə İngiltərənin “Mançester Siti” klubu İspaniyada “Sevilya”nı darmadağın edib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu
20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) – 1:0

Qol: Mislav Orşiç, 13

23:00. “Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya) – 1:1

Qollar: Noa Okafor, 28 – Aleksis Salemakers, 40

Xal durumu: “Dinamo” (Zaqreb) – 3. “Milan” – 1. “Zaltsburq” – 1. “Çelsi” – 0

F qrupu

23:00. “Leyptsiq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:4

Qollar: Məhəmməd Simakan, 57 – Maryan Şved, 16; 58. Mixail Mudrik, 76. Lassina Traore, 85

23:00. “Seltik” (Şotlandiya) – “Real Madrid” (İspaniya) – 0:3

Qollar: Vinisius Junior, 56. Luka Modriç, 60. Eden Azar, 77

Xal durumu: “Şaxtyor” (Donetsk) – 3. “Real Madrid” – 3. “Leyptsiq” – 0. “Seltik” – 0

G qrupu
20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka) – 3:0

Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83

23:00. “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:4

Qollar: Erlinq Holann, 20; 67. Fil Foden, 58. Ruben Diaş, 90+2

Xal durumu: “Mançester Siti” – 3. “Borussiya” (Dortmund) – 3. “Kopenhagen” – 0. “Sevilya” – 0

H qrupu

23:00. PSJ (Fransa) – “Yuventus” (İtaliya) – 2:1

Qollar: Kilian Mbappe, 6; 22 – Ueston Makkenni, 53

23:00. “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) – 2:0

Qollar: Rafa Silva, 50. Alexandro Qrimaldo, 54

Xal durumu:  “Benfika” – 3. PSJ – 3. “Yuventus” – 0. “Makkabi” (Hayfa) – 0

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…