25 baxış
Bu yazını paylaşın
Dünya

Malyar: “Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır”

21 May 2023

“Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır”.

 

“Telejurnal” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında məlumat yayıb.

 

Malyar deyib ki, ruslar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib.

 

“Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir”, – Malyar qeyd edib.

 

Qeyd edək ki, mayın 20-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin bildirib ki, guya onun muzdluları Baxmutun bütün ərazisinə nəzarət edirlər. Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin “Vostok” qrupunun nümayəndəsi Sergiy Çerevatı təkzib edib.

 

Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…