47 baxış
Bu yazını paylaşın
İqtisadi

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

09 Dekabr 2021

Dekabrın 14-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

‘TELEJURNAL’ BFB-dən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, kuponlu, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6 faiz, tədavül müddəti 1820 gündür. İstiqrazlar 2026-cı il dekabrın 8-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

https://azertag.az/xeber/Maliyye_Nazirliyinin_istiqrazlarinin_yerlesdirilmesi_uzre_herrac_kechirilecek-1946992

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…