47 baxış
Bu yazını paylaşın
Siyasi

Malayziyanın nüfuzlu qəzeti ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

13 Dekabr 2021

Malayziyanın aparıcı nəşrlərindən biri olan “Utusan Malaysia” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar geniş məqalə dərc olunub.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-istinadən xəbər verir ki, qəzetin müxbiri Taqib Şaker tərəfindən qələmə alınmış “Heydər Əliyevin ibrətamiz müdrikliyi” başlıqlı məqalədə Ulu Öndərin Azərbaycan xalqının rifahına, tərəqqisinə xidmət edən neft strategiyasından bəhs olunur.

Məqalədə qeyd edilir ki, müdrik və vətənpərvər dövlət başçısı Heydər Əliyev öz xidmətləri ilə təkcə Azərbaycanın müstəqilliyini gücləndirməyib, eyni zamanda, həyata keçirdiyi neft strategiyası sahəsində ölkənin iqtisadi inkişafının bünövrəsini qoyub.

Yazıda Azərbaycanın neft sənayesi üzrə 150 illik tarixi təcrübəsindən söz açılaraq, dünyanın ilk neft hasil edən ölkələrindən biri olduğu vurğulanır, Azərbaycan neftinin İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni təmin edən ən vacib amillərdən biri kimi yaddaşlarda qaldığı nəzərə çatdırılır.

Bununla yanaşı, qeyd olunur ki, 1990-cı illərdə öz müstəqilliyini qazanmış Azərbaycan bir sıra daxili və xarici problemlərlə üzləşib, ölkə daxilində siyasi-iqtisadi sabitlik pozulub, ölkənin suveren əraziləri Ermənistanın işğalına məruz qalıb. Bildirilir ki, məhz bu illərdə xalqın təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev “Neft Azərbaycanın sərvətidir” şüarı ilə xalqın qarşısına çıxıb və həyata keçirdiyi uzaqgörən siyasətlə ölkənin inkişaf yoluna çıxmasını təmin edib. Bu istiqamətdə dünyanın nəhəng neft şirkətlərinin diqqətini Azərbaycana yönəltməyi bacarıb və yeni neft strategiyasının əsasını qoyub.

Müəllif qeyd edir ki, çoxsaylı çətinliklərlə qarşılaşmasına baxmayaraq, Ulu Öndər 1994-cü ildə Azəri-Çıraq-Günəşli yataqlar blokunun istismarı üçün beynəlxalq şirkətlərin iştirakı ilə hasilatın pay bölgüsü sazişinin imzalanmasına nail olub. “Bu saziş öz iqtisadi və siyasi əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanır”, – deyə müəllif malayziyalı oxucuların nəzərinə çatdırır.

Bildirir ki, ulu öndər Heydər Əliyevin neft strategiyası qısa müddətdə öz bəhrəsini verib, Azərbaycanda hərtərəfli canlanmaya yol açıb.

Sonda vurğulanır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın inkişaf rəmzinə çevrilib. 1990-cı illərdə siyasi-iqtisadi böhrana düçar olmuş xalqı xilas edərək, güclü və mütərəqqi dövlətin qurulmasına imkan yaradıb.

https://azertag.az/xeber/Malayziyanin_nufuzlu_qezeti_umummilli_lider_Heyder_Aliyeve_hesr_olunmus_meqale_derc_edib-1950114

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…