32 baxış
Bu yazını paylaşın
Siyasi

Malayziyada Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

27 May 2022

Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

TELEJURNAL xəbər verir ki, tədbirdə Malayziya hökuməti tərəfindən fəxri qonaq qismində bu ölkənin parlamentinin yuxarı palatasının – Senatının üzvü, milli birlik nazirinin müavini, senator Van Ahmad Fayhsal, həmçinin səfirliyin iqamətgahının yerləşdiyi Selanqor ştatının şahzadəsi Süleyman ibni Sultan Abdual Aziz Şah, diplomatik missiya rəhbərləri, Malayziya Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri, mətbuat işçiləri, çoxsaylı QHT və biznes qurumlarının nümayəndələri, elm və təhsil ocaqlarının əməkdaşları, eləcə də Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində nazir müavini, senator V.A.Fayhsal və Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov xalqlarımıza tərəqqi və firavanlıq arzulayıb, iki ölkənin dövlət başçılarına fəaliyyətlərində uğurlar diləyiblər.

Sonra səfir İ.Davudov Azərbaycanın bu əlamətdar günlə bağlı çıxış edib. Diplomat ölkəmizin şərəfli müstəqillik tarixindən bəhs edərək, xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublika qurduğunu, həmin dövr üçün bu addımın olduqca mütərəqqi nailiyyət hesab edildiyini diqqətə çatdırıb. Bildirib ki, növbəti illərdə tarixin ağır sınaqlarına baxmayaraq, Azərbaycan xalqı milli özünəməxsusluğunu, mənsubiyyətini böyük mübarizə hesabına qoruya bilib, 1991-ci ildə öz dövlətçilik irsini yenidən canlandıraraq müstəqilliyini bərpa edib. Lakin müstəqilliyin ilk illərinin kifayət qədər çətin, mürəkkəb və xaotik mərhələdən keçdiyi xüsusi vurğulanıb.

İ.Davudov 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik siyasəti və həyata keçirdiyi hərtərəfli islahatlar, əsasını qoyduğu neft strategiyası nəticəsində Azərbaycanın dövlətçilik təməlinin iqtisadi əsaslarının möhkəmləndirildiyini, 2003-cü ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin strateji zəkası nəticəsində ölkəmizin dinamik inkişaf yolunda uğurla irəliləməyə başladığını və regionda lider dövlətə çevrildiyini diqqətə çatdırıb.

Azərbaycan diplomatı bildirib ki, əldə olunan nailiyyətlərin zirvə nöqtəsi düşmən tapdağı altındakı torpaqlarımızın 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilməsi olub. İ.Davudov bu gün Azərbaycanın regionda və beynəlxalq müstəvidə sülhə, təhlükəsizliyə, dövlətlərin ərazi bütövlüyünə və suveren hüquqlarına ən qətiyyətli və güclü dəstək verən ölkələrdən biri olduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib. Kuala Lumpur şəhər bələdiyyəsinin tanınmış simfonik orkestrinin Azərbaycanın klassik musiqisindən səsləndirdiyi nümunələr böyük rəğbətlə qarşılanıb. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı isə xüsusilə alqışlanıb. Malayziyalı ifaçılar tədbir boyunca görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin, Cahangir Hacıyevin və Tofiq Quliyevin bir-birindən gözəl əsərlərini səsləndiriblər.

Sonda qonaqlara ziyafət verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…