19 baxış
Bu yazını paylaşın
Siyasi

Malayziya XİN rəhbəri: “BMT-nin ciddi islahatlara ehtiyacı var”

05 İyul 2023

“Dünyanın üzləşdiyi böyük problemlərlə mübarizə aparmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) ciddi islahatlara ehtiyacı var”.

Telejurnal  xəbər verir ki, bunu Malayziyanın xarici işlər naziri Zambri Əbdül Kadir Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Malayziya müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in İsveçdə yandırılması kimi nifrət ifadəsinin və oxşar hərəkətlərin artmasından narahatdır.

“Mövcud dünya nizamı məyusluq doğurur… Koronavirus pandemiyasının fəsadlarından hələ tam ayılmamış ölkələr inflyasiya və ilk növbədə, ərzaq məhsullarının qiymətlərinin artması kimi ciddi iqtisadi problemlərlə üzləşirlər. Bu da, xüsusilə yoxsul ölkələrə mənfi təsir göstərir”, – Zambri Əbdül Kadir deyib.

Nazir QH-nin mühüm yekun sənədlərini hazırladığına görə ölkəsinin Azərbaycana minnətdar olduğunu bildirib: “Biz həmçinin bu dörd il ərzində Qoşulmama Hərəkatına heç də asan başa gəlməyən mükəmməl və uğurlu sədrliyə, həmçinin əməkdaşlığa görə Azərbaycana təşəkkür edirik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…