211 baxış
Bu yazını paylaşın
İctimai

Maksimum bal niyə toplanılmır?- Elçin Əfəndidən açıqlama

05 May 2023

Son illərdə abituriyentlər niyə maksimum balı toplaya bilmirlər?


Bu mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndinin TELEJURNALA açıqlaması.

Abituriyentlər arasında yüksək nəticə göstərənlər olsa da, 2019-ci ildən imtahanların kurikulum şəklində təşkil olunması və kurikulumun tələbinə görə açıq tipli test tapşırıqlarının, həmçinin abituriyentlər tərəfindən cavablandırılmalı olan sualların olması maksimum nəticə göstərməyə mane olur.
Azərbaycanda 2008-2009-ci ildən dərslər kurikulum sistemi tədris olunur. 2019-ci ildən isə imtahanlar da həmin formatda keçirilir.
Ekspertin fikrincə abituriyentlərin kurikulum sistemində imtahanlara tam uyğunlaşması zaman alacaq. Həmçinin imtahanlar fənlərinin sayının çox olması da yüksək nəticə göstərməyə mane olur. Qəbul fənlərinin sayı altı və ya yeddi yox iki və yaxud üç olması məqsədə uyğun olar.

Elçin Əfəndi əlavə olaraq qeyd etdi ki, yüksək nəticələr əldə etmək üçün təhsilin keyfiyyəti daha da artırılmalıdır. Bunu üçün müxtəlif istiqamətlərdə işlər görülməli, tam və ümumi orta tədris mərkəzlərində pedaqoji heyətin daimi inkişafını təmin edilməli, tədris prosesinə daha peşəkar mütəxəssislər cəlb olunmalı və imtahanlarda tədris proqramı ilə qəbul proqramı tamamilə uyğunluq təşkil etməlidir.

DİM 2022-2023-ci tədris ilinin buraxılış imtahanlarını yekunlaşdırıb.
Abituriyentlər arasında maksimum-300 balı toplayan olmayıb.
2018-29 nəfər
2019-yoxdur
2020-2 nəfər
2021-yoxdur
2022-1 nəfər
2023-yoxdur

Asiman Hafizqızı

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…