33 baxış
Bu yazını paylaşın
Siyasi

Makrona sui-qəsd cəhdində şübhəli bilinən şəxs həbs olunub

17 İyun 2023

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları prezident Emmanuel Makrona sui-qəsd cəhdində şübhəli bilinən radikal fəalı (kişi-red) saxlayıblar.

Bu barədə Telejurnal  “Leparisien” qəzetinə istinadən xəbər verir.

“Ultrasolçu solçu fəal istintaqa cəlb edilib və həbs olunub. O, apreldə respublika prezidentinin həyatına qəsd etməkdə ittiham olunur”, – nəşr yazır.

Məlumata görə, söhbət aprelin 27-də Fransa liderinin ölkədə quldarlığın ləğvinin 175-ci ildönümü münasibətilə Dub departamentinə səfəri zamanı baş vermiş insidentdən gedir. Prezidentin iştirakı ilə keçirilən tədbir bir neçə gün əvvəl məlum olub və əraziyə onun siyasətinin, xüsusən də pensiya islahatının əleyhdarları toplaşıb. Etirazçılar hətta kordonu yarmağa çalışıblar, jandarmlar gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Tədbir bitdikdən sonra 20 yaşlı solçu fəal Makronun gedişi zamanı helikopterə tüstü bombası atıb. Təhqiqat nəticəsində hadisəni törədən şəxsin şəxsiyyəti müəyyən edilib, o, sonra evində saxlanılaraq istintaqa təhvil verilib.

Antiterror prokurorluğu ona üç maddə üzrə ittiham irəli sürüb: jandarm helikopterini məhv etməyə cəhd, təhlükəsizlik əməkdaşlarının həyatına və dövlət başçısının həyatına qəsd.

Saxlanılan şəxs əməlini inkar etməyib və ölkə sakinlərinin onun siyasəti ilə razılaşmadığını bu yolla Makrona başa salmaq istədiyini bildirib. Qəzet yazır ki, prokurorluq məhkəmə prosesinin davam etdiyi müddətdə cinayətkarın həbsdə saxlanmasında israrlıdır, ondan psixiatrik müayinədən də keçmək tələb olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…