43 baxış
Bu yazını paylaşın
Dünya

Makron: Çin sülh quruculuğunda mühüm rol oynayır

06 Aprel 2023

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Çin sülhün qurulmasında mühüm rol oynamalıdır.

TELEJURNAL  xəbər verir ki, o, bu barədə cümə axşamı “Tvitterdə” Çin prezidenti Si Cinpinqlə danışıqlara başlamazdan əvvəl yazıb.

“Mən əminəm ki, Çin sülhün qurulmasında mühüm rol oynamalıdır. Mən bunu müzakirə etməyə gəlmişəm”, – deyə Makron bildirib.

“Biz həmçinin prezident Si Cinpinqlə müəssisələrimiz, iqlim və biomüxtəliflik problemləri, ərzaq təhlükəsizliyi haqqında danışacağıq”, – deyə Fransa lideri əlavə edib.

Qeyd edək ki, Makron çərşənbə günü Çinə gedib. Fransa Prezidenti üçün bu, son üç il yarımda Çinə ilk səfəridir, əvvəlki dəfə o, ilk prezidentlik dövründə 2019-cu ilin payızında Pekinə səfər etmişdi.

Fransa lideri Pekində Ukrayna münaqişəsini və ikitərəfli Fransa – Çin münasibətlərinin, ilk növbədə, iqtisadi sahədə inkişafını müzakirə etməyi planlaşdırır. Çərşənbə günü o, Çinin Rusiya ilə yaxşı münasibətlərə görə Ukrayna ətrafındakı vəziyyətdə mühüm rol oynaya biləcəyini deyib.

Yelisey sarayından verilən məlumata görə, Makronun səfərinin rəsmi proqramı aprelin 7-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…